Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Guardian”ın yazısından sonra nələr baş verdi – SENSASİON FAKTLAR

Xəbər verildiyi kimi, 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən Azərbaycanla bağlı sensasion yazı hazırlanıb. Hansı ki, bu yazıya istinadən sentyabrın 5-də “BBC News” saytında “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc olunub. Həmin yazıda da qeyd olunur ki, Azərbaycanın hakim elitası avropalı siyasətçilərə ödənişlər etmək və lüks əşyalar almaq üçün iki il ərzində 2.8 milyard dollarlıq (4.76 milyard AZN) gizli fondu idarə edib.
Qeyd edək ki, bu yazı Azərbaycan hakimiyyətinin etirazına səbəb olmaqla yanaşı, bir sıra Avropa ölkələrində də ciddi araşdırma predmetinə çevrilib. Artıq bununla bağlı bəzi media vasitələri informasiya yaysalar da, ən dolğun məlumatı tanınmış yazar Alya Yaqublu özünün Facebook səhifəsində açıqlayıb. Belə ki, o, “Guardian” qəzetinin məlum yazısından sonra baş verənləri aşağıdakı şəkildə sıralayır:

– Bolqarıstan Baş Prokurorluğu Azərbaycan hakimiyyəti ilə bağlı “pulyuyan maşın” jurnalist araşdırmasında adı keçən UNESCO prezidentinin əri Kalin Mitrev haqqında araşdırma başladıb.

-Britaniya şirkətlərinin adının hallanması da Birləşmiş Krallığın Baş naziri Tereza Meyin narahatlığına səbəb olub. Meyin rəsmi sözçüsü İngiltərə Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin “The Guardian” və digər media orqanlarının dərc etdiyi bu məlumatları araşdıracağını bildirib.

-Ofşorlara bağlı iki şirkət Azərbaycandan gedib. Britaniyada, 2011-ci ilin dekabrında yaranmış iki şirkətin Bakıdakı nümayəndəlikləri sentyabrın 7-də bağlandıqları haqda borclularını xəbərdar edib. Eyni şirkətlərin təsisçiliyi ilə yaradılan bu şirkətlərə Azərbaycanda eyni şəxs rəhbərlik edirdi. Vergilər Nazirliyinin mətbu orqanı («Vergilər» qəzeti) açıqlayıb ki, «Interex Service Group LLP» və «Novacotek Transportation and Delivery Services LLP» şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv olunur. Bu nümayəndəliklər 2012-ci və 2014-cü illərdən fəaliyyət göstərirdi.

– “Pulyuyan maşın”dan faydalananlardan biri Cövdət Quliyev, bazar ertəsi İngilis-Azərbaycan Cəmiyyətində tutduğu vəzifədən istefa verib. Araşdırmalara görə, Quliyev 523 000 ABŞ dollarına yaxın pul alıb. Sabiq BP şirkətinin əməkdaşı Azərbaycan neft şirkətində işləyir.

– Azərbaycan hakimiyyətinin Avropadakı ən güclü lobbiçilərindən biri, Belçikanın keçmiş Xarici İşlər Naziri Marc Verwilghen Laundromat söhbətinə görə rəhbəri olduğu, birbaşa rəsmi Bakının maliyyələşdirdiyi təşkilatdan istefa verdiyini açıqladı.

– “Pulyuyan maşın”ın üzvlərindən Sloveniyalı siyasətçi Zmago Jelençiç Plemeniti artıq prezident seçkilərinə namizəd deyil. Partiya onu namizədlikdən kənarlaşdırdı.(Muxalifet.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir