Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Natiq Cəfərli Baş prokurorluğa çağırıldı – “Multfilm kimi araşdırmadır”

Xəbər verdiyimiz ki, jurnalist Eynulla Fətullayev  “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yazıb.
Eynulla Fətullayev rəhbərlik etdiyi haqqın.az saytında gedən məqalədə belə bir iddia irəli sürüb ki, ReAl Vətəndaş Hərəkatının nümayəndələri – Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirlinin – İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşü nəticəsində bu təşkilatın rəsmi Tehranın siyasətinə qulluq edəcəyi ilə bağlı anlaşma əldə olunub.
Jurnalist həmçinin bu məsələ ilə Baş Prokurorluq araşdırma aparılacağını açıqlamışdı.
ReAl Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli bu gün Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Bu barədə öz şəxsi “Facebook” səhifəsində yazan Natiq Cəfərli bu gün saat 11-də istintaqa çağırıldığını qeyd edib: “Bu gün məlum saytda çıxan absurd iddialarla bağlı istintaqa çağrılmışdım, 2,5 saat ifadə verdim. Suallara mən güldüm, cavablarıma onlar. Beləcə pozitiv və mədəni söhbət oldu. Multfilm kimi araşdırmadır. Hər şey qaydasındadır. Yola davam”. (bakipost)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir