Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsi yekunlaşdı

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi ““Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsi çərçivəsində “Açıq hökumət islahatlarına media dəstəyi” mövzusunda dəyirmi masa keçirildi. 
Tədbiri “Güzəran” Sosial Araşdırmalar İB-nin sədri Qadir İbrahimli açaraq layihə barədə qısa məlumat verdi. Sonra Açıq Hökumət Plotformasının  eksperti Zaur İbrahimli geniş məruzə etdi. Məruzəçi Açıq Hökumət Plotforması çərçivəsində atılan addımların mediada işıqlandırılması ilə durumu və problemləri barədə ətraflı məlumat verdi.
Müzakirələrdə ekspertlər Azər Mehtiyev, Əhməd Abbasbəyli, Mirəli Hüseynov, Rəhilə Mehdiyeva,  Aytən Məmmədova  və başqaları çıxış edərək Açıq Hökumət Plotforması ilə bağlı təklif və iradlarını bildirdilər.
İB sədri Qadir İbrahimli səslənən təliflərin ümumiləşdirilərək yekun hesabata daxil ediləcəyini və aidiyyatı dövlət qurumlarına göndəriləcəyini bildirdi. Bununla da “Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsinə yekun vuruldu.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir