Bu gün “Moody’s Investors Service” (Moody’s), istiqrazlar daxil milyardlarla borcu olan SOCAR-ın reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.
Bu barədə “Moody’s”dən bildirilib.
ƏHƏMİYYƏTLİ KREDİT RİSKİ SƏVİYYƏSİ
Moody’s-ın Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan “Ba2” borcun “əhəmiyyətli riskə” məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir. Yəni, SOCAR borclarını qaytara bilməyə bilər.
Reytinqlərin azaldılması Azərbaycanın fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar hökumətin SOCAR-a kömək edə bilməyəcəyi ehtimalını artırır.
Bundan əvvəl Moody’s, Azərbaycan hökumətinin və “Cənub Qaz Dəhlizi” QSC-nin reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirmişdi.