Çərşənbə günü xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycanda yeni səfiri Teruyuki Katorini qəbul edib.
Söhbət zamanı ikitərəfli münasibətlər, energetika və siyasət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Məmmədyarov Yaponiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinin təqdir edildiyini ifadə edib.