Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Robert Sekuta: ABŞ münaqişənin həllinə ciddi yanaşır

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Müəssisə Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) birgə maliyyəsi hesabına ərsəyə gələcək.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Qaçqınkom”un sədri Əli Həsənov ilə görüşündə bildirib.

SəfirAzərbaycanda məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüldüyünü bildirib. O qeyd edib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib.

R.Sekuta görüşün məqsədinin gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaq olduğunu ifadə edib.

Ə. Həsənov isə deyib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən layihələrə sərf olunmuş vəsait təxminən 1,4 mlyard dollar həcmində olub. Bunun 820 milyon dolları ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir və bu vəsaitinin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür.

O, USAID ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlərin olduğunu ifadə edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli durumu da müzakirə mövzusu olub. “Qaçqınkom”un mətbuat xidməti bildirir ki, R. Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

“Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”, səfir deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir