Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Lavrov ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağı müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-də Rusiyada işgüzar səfərdə olacaq.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Xarici işlər nazirlərinin görüşü zamanı 2018-ci il üzrə iş planı, o cümlədən ümumavropa çağırışlarına kollektiv cavabların tapılması, təhlükəsizlik məsələləri, inamın bərpa olunması, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber təhdidlərə qarşı mübarizədə Təşkilatın rolu müzakirə olunacaq. Həmçinin ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional münaqişələrin həllinə yardım məsələləri müzakirə olunacaq”, – deyə M.Zaxarova vurğulayıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir