ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin Milli Administrasiyası hörmətsizlik sərgilədiyi üçün Birləşmiş Ştatlar ona yardım göstərməkdən imtina edəcək. Bu barədə “Reuters” xəbər yayıb.
“Onlar bizə hörmətsizlik sərgilədilər”, – deyə Tramp bildirib.
O, qeyd edib ki, Fələstin Milli Administrasiyası ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən imtina edib. Ağ Ev rəhbəri əlavə edib ki, fələstinlilər danışıqlar masası arxasına əyləşməyənədək, ABŞ onlara maliyyə yardımı göstərməyəcək.