Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Biləsuvarda etiraz aksiyası – Bakı-Astara yolu bağlandı – yenilənib

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Biləsuvar rayonun Xırmandalı və Bəydili kəndinin 300 nəfərə yaxın sakini yeni Ələt-Astara avtomobil yolunu Xırmandalı kəndi ərazisində yarım saata yaxın bağlayaraq sosial yardımların gecikdirilməsinə etiraz edib. Hadisə yerinə gəlmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin yerli sakinlərlə söhbətindən sonra aksiyaçılar yolu açıblar.
Bundan sonra icra başçısı Mahir Quliyev Xırmandalı kəndindəki 2 saylı orta məktəbin iclas zalında kənd sakinləri ilə görüşərək bir çox problemlərin yaxın zamanlarda həllini tapacağına söz verib.
***
Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirir.
BakiPost.az xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir, verirlməməsidir.
Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir