Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Apellyasiya Məhkəməsi keçmiş müstəntiqin şikayətlərini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi (BAM) Zərdab rayon prokurorluğunun kemiş müstəntiqi Rüfət Səfərovun şikayətini təmin etməyib.

Şikayət Xəzər rayon məhkəməsinin Səfərovun 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş müstəntiqə qarşı işgəncə faktı üzrə cinayət işi açmaqdan imtinası ilə bağlı şikayətini təmin etməyən Xəzər rayon prokurorluğunun qərarından verilmişdi.

Apellyasiya məhkəməsinin iclasında Səfərov bildirib ki, 2017-ci ilin sentyabrında 9 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalıb.

O, Apellyasiya Məhkməsindən cəzaçəkmə müəssisəsində ona baş çəkən və bədənində zorakılıq izlərini görən Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarını çağırıb, şahid qismində dindirməyi xahiş edib.

Amma BAM hakimi Qədim Babayev vəsatəti və apellyasiya şikayətini təmin etməyib.

Səfərovun doğmaları bildiriblər ki, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

* R.Səfərov Zərdab rayon prokurorluğunun müstəntiqi olub. 20 dekabr 2015-ci il tarixində o, hüquq-mühafizə orqanlarında qanunsuzluqlar haqqında bəyanat verib və istefa edib.

Elə həmin il dekabrın sonlarında Səfərova qarşı rüşvət almaq ittihamı ilə cinayət işi açılıb. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi Səfərovu 9 il müddətinə azadlıqdan məhrum edib.

Rüfət Səfərov YAP-dan keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir