Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiyada tәyyarә qәzası: 71 nәfәr hәlak oldu FOTO VİDEO

Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb

Qəzaya uğrayan təyyarənin sərnişinləri arasında adı keçən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu artıq təsdiqlənib.


N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

***

Rusiyada təyyarə qəzası baş verib. “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “Ан-148” tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Moskva yaxınlığında, Ramensk rayonunda idarəetmədən çıxıb. 

“İnterfax” agentliyi xəbər verir ki, təyyarə Arqunovo kəndi ərazisində qəzaya uğrayıb.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarə Orsk şəhərinə uçurmuş. 

Ehtimala görə, təyyarə qəzaya uğradıqdan sonra Rusiyanın poçt vertolyotu ilə toqquşub. Belə ki, qəza ərazisində təyyarədən başqa daha bir hava nəqliyyatının qalıqları və poçt bağlamaları, məktublar aşkarlanıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir