Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 9-dan 11-dək ABŞ-a işgüzar səfər edəcək.
“Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
“Mayın 10-da Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar nəzərdə tutulub. Görüş zamanı əsas beynəlxalq məsələlər və ikitərəfli münasibətlərə dair fikir mübadiləsinin aparılması gözlənilir”, – XİN-in məlumatında deyilir.