Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkiyədə 4 müxalifət partiyası seçkiyə ittifaq halında qatıla bilər

Türkiyədə dörd müxalifət partiyası 24 iyunda keçiriləcək parlament seçkilərinə ittifaq halında qatılmaq qərarına gəlib.

Əsas müxalifət partiyaları olan Respublika Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası (SP) və Demokrat Partiyası (DP) seçki alyansının yaradılmasına dair razılığa gəlib.

İttifaqa qərar verən tərəflər ittifaq protokollarını 6 may tarixinə qədər Yüksək Seçki Şurasına təqdim etməlidirlər.

Partiya liderləri cümə axşamı gününə təyin olunmuş mətbuat konfransında ittifaq protokolunu elan edəcəklər.

Qeyd olunmuş partiyalar arasında alyansın yalnız parlament seçkisi üçün yaradıldığı qeyd olunub.

Eyni tarixdə keçiriləcək prezident seçkilərində isə, Demokrat partiyasından başqa, digər partiyalar öz namizədləri ilə iştirak etmək niyyətindədirlər.

CHP-dən prezidentliyə namizədin adı hələ açıqlanmayıb. İYİ Partiya prezidentliyə liderini Meral Akşeneri irəli sürüb, Səadət Partiyasınından da bu vəzifəyə partiya lideri Temel Karamollaoğlunun namizədliyi irəli sürülüb. (BBC)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir