Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Hadisə

Sankt-Peterburqdakı Baş Konsulluq terror aktında azərbaycanlı qadının həlak olduğunu təsdiq edib

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Peterburq metrosunda terror aktı zamanı Azərbaycanlı Dilbər Əliyevanın həlak olması faktını təsdiq edib.

Bir müddət əvvəl KİV gecə xəstəxanada gənc Azərbaycanlı qadının ağır xəsarətlərdən həlak olduğu haqqında məlumat yayıb. Onun vətəndaşlığı haqqında heç bir məlumat verilmir.

Baş konsul Sultan Qasımovun RİA-Novostiyə verdiyi məlumata görə, terror aktında xəsarət almış daha bir azərbaycanlının vəziyyəti sabit-ağır olaraq qalır və o, xəstəxanadadır. O, 1989-cu il təvəllüdlü Vəliyev Zaur Müşfiq oğludur.

Sonuncu məlumatlara görə, Sankt-Peterburq metrosunda partlayış zamanı 14 nəfər həlak olub, 50-yə yaxın insan xəstəxanalardadır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir