Planetimizin bütün tərəqqipərvər insanları həmişə uşaqların taleyini, gələcəyini düşünmüş və bu istiqamətdə bir çox tədbirlər həyata keçirib və keçirirlər.
Dünyanın məşhur restoranları və digər iaşə obyektləri, (o cümlədən Azərbaycanda da) müxtəlif aksiyalar həyata keçirir və toplanmış vəsait kimsəsiz və imkansız uşaqların problemlərini həll etmək üçün sərf edilir. Belə xeyirxahlıq aksiyaları geniş təşəkkül tapmış və uşaqlara humanist qayğının bariz nümünəsidir. Bildiririk ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Boranı” Ailəvi İstirahət Mərkəzi də aprelin 1-dən daha bir xeyirxahlıq layihəsini həyata keçirməyə başlayır.
Lənkəran rayonunun hər bir sakini və qonaqlar bu layihənin reallaşmasına öz töhfəsini verə bilər. Bunun üçün həmin şəxs “Boranı” Ailəvi İstirahət Mərkəzində 30 qəpiyə satılan “Ürək” işarəsini alıb arxasında imza edir və bu işarə restoranın şüşələrinə yapışdırılır. Həmin şəxs istənilən vaxt öz imzasına baxa bilər. Layihədən əldə edilən vəsaitin məbləği barədə vaxtlı-vaxtında restoranın instaqram və facebook səhifəsindən məlumat əldə etmək olar. Bu vəsait may ayının axır günlərində tam hesablanıb Lənkəran şəhərindəki uşaq evlərinin, valideyn himayəsindən məhrum olan və ya xəstə uşaqların ehtiyacları üçün aşkarlıq şəraində sərf olunacaqdır. Köməyə ehtiyacı olan hər bir uşağa yardım göstərmək,dəstək olmaq hamımızın müqəddəs borcudur! Sizi bu layihənin reallaşmasında fəal iştirak etməyə dəvət edirik! “Boranı” Ailəvi İstirahət Mərkəzinin müdiriyyəti: