Ağdaş rayonunda mağaza sahibinin meyiti iş yerində tapılıb.
“Report”un məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.