Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Gürcü polkovnik Ermənistanda faşist ideologiyasının dəstəklənməsini pislədi

“Bu gün bütün dünyada, eləcə də Cənubi Qafqazda faşizmin təbliği və separatizm meylləri güclənir. Biz buna qarşı birgə mubarizə aparmalıyıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Guc Strukturları Veteranları Birliyinin sədri Nodar Çotniaşvili soyləyib.

Veteran polkovnik bildirib ki, Boyuk Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsindəyik: “Amma təəssüflər olsun ki, bu gün dünyada, eləcə də Cənubi Qafqazda separatizm və faşizm meylləri artır. Ermənistanda Qaregin Nijdeyə abidə qoyulur. Bu, yolverilməzdir. Bu, gənc nəslin tərbiyəsinə də mənfi təsir göstərir, regionda faşizm ideologiyasının artmasına xidmət edir. Biz xalqlarımızı azadlığa çıxaran, qəhrəmancasına həlak olan insanlarımıza abidə qoymalıyıq. Ermənistanda isə faşizm tərəfdarına abidə qoyulur. Biz birləşməli və bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. Mən müharibənin ağrı-acısını, necə böyük fəlakətlər gətirdiyini, faşizmin necə boyük bəlalar gətirdiyini görmüşəm. Ona görə də, Ermənistanın separatçı hərəkətini, faşizmi dəstəkləməsini qınayıram”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir