Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Erməni terroru xarici müəllifin gözü ilə – Ağstafada

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Almaz Axundovanın həyata keçirdiyi layihə çərçivəsində gənclərlə və ictimaiyyət nümayəndələri ilə növbəti görüş Ağstafa rayonunda keçirilib. 

 

“Qiraət istirahətdir” adlanan layihə çərçivəsində Rusiyalı politoloq və hüquqşünas alim Oleq Yuriyeviç Kuznetsovun “20-ci əsrdə transmilli erməni terrorizmi. Tarixi – kriminoloji tədqiqat” kitabı Qax, Oğuz rayonunda müzakirəyə çıxarılandan sonra Ağstafa ictimaiyyəti öncədən oxuduqları nəşr ətrafında müzakirələrə cəlb olunublar. Müzakirə dekabrın 5-də Dəyirmi masa formatında  keçirilib.

 

Rayonun  rəhbər vəzifəli şəxsləri, yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və yeniyetmələrin qatıldığı müzakirədə erməni terrorizminin iç üzünün məhz xarici müəllif tərəfindən açılmasına xüsusi önəm verilib.
Gənclər bildiriblər ki, bu faktları müxtəlif dillərə çevirib xaricdə yaşayan azərbaycanlılar vasitəsi ilə dünyaya yaymaq lazımdır. Müzakirə zamanı belə qərara alınıb ki, layihənin davamı olaraq, kitabdakı faktların xarici ölkələrdə təbliğatına start verilsin və bu iş sosial şəbəkələr vasitəsi ilə həyata keçirilsin.

 

Layihənin ilk günlərində kitab auditoriyanı təşkil edən gənclərə PDF formada paylanıb və onlar erməni terrorizmindən bəhs edən nəşrlə yaxından tanış olublar.

 

Layihə Gənclər Fondunun fərdlər üçün nəzərdə tutulan 8-ci qrant müsabiqəsində qalib olub və 3 ay müddətində həyata keçiriləcək.

 

Yekun tədbirin Bakı şəhərində keçirilməsi planlaşdırılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir