“Azerenerji” ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq. Bu barədə “Fitch” reytinq agentliyinin açıqlamasında deyilir.
Bildirilir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 mln. dollar və 204 mln. avro məbləğində xarici borcunu ödəməlidir.
“Fitch” qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət “Azərenerji” ASC-yə aşağı faiz dərəcəsi ilə 360 mln. manat məbləğində uzunmüddətli kredit ayırıb.
Bildirilir ki, Azərbaycan hökuməti “Azərenerji” ASC ilə bağlı investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə 970 mln. manat həcmində yatırım edib.
“Fitch” qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib.