Yanvarın 11-də Ali Məhkəmədə həbsdə olan yazıçı-şair Saday Şəkərlinin kassasiya şikayətinə baxılıb. Məhkəmə Saday Şəkərlinin şikayətini təmin etməyib.
Bu haqda “Azadlıq”a şairin müdafiəçisi Bəhruz Bayramov məlumat verib.
Xatırladaq ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti vermişdi.