Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə ictimai nəzarət yoxdur – ekspert

Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə rəy vermir, bu isə qanunvericiliyə ziddir, deyə yanvarın 11-də  Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

“Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin 4-cü bəndinin 12-ci maddəsində qeyd olunur ki, “Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (institutlarının) büdcə layihələri ilə bağlı rəy vermək Palatanın əsas öhdəliklərindən biridir. “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 1.3-cü maddəsində qeyd olunur ki, “Fond büdcədənkənar institutdur”.

Ekspertin fikrincə, parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçı rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.

Fondun fəaliyyətinə ictimai nəzarət də yoxdur. Halbuki Fondun Əsasnaməsinin 5.4-cü maddəsində deyilir: “Müşahidə Şurası” Fondun fəaliyyəti üzərində ümumi rəhbərliyi təmin etmək üçün müvafiq dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılır.” Müşahidə Şurası yaradılandan onun tərkibində bir nəfər də QHT nümayəndəsi olmayıb.

Bu və digər amillər, o cümlədən neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir, deyə Qubad İbadoğlu bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir