Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Banklar dolların alış məzənnəsini endiriblər

Yanvarın 11-də kommersiya bankları əhalidən valyuta alışının məzənnəsini endiriblər. Belə ki, dünən bir dolları 1,83-1,84 manata alan banklar bu gün alış məzənnəsini 1,77-1,78 manata endiriblər.

Azərbaycan Mərkəzi Bankı yanvarın 11-i üçün dolların məzənnəsini dəyişməyərək 1,7742 manat səviyyəsində saxlayıb.

İqtisadçı Natiq Cəfərli baş verənləri şərh edərkən deyib ki, bankların qərarları yanvarın 10-da keçirilən valyuta hərracı ilə bağlıdır.

“Adətən hərraca 30-40 mln. dollar çıxarılırdı, yanvarın 10-da isə təklif 5-6 dəfə çox olub, ancaq dəqiq rəqəm məlum deyil”, – o bildirib.

İqtisadçı qeyd edib ki, valyuta hərracında təklifin artması düzgün qərardır.

“Valyuta satışının bərpası ajiotajı səngidəcək, “qara bazar”ı zəiflədəcək, sahibkarları və əhalini sakitləşdirəcək”, – eskpert vurğulayıb.

N.Cəfərli deyib ki, banklar alış məzənnəsi ilə yanaşı dolların satış məzənnəsini də azaltmalıdır.

“Banklar 4%-lik marjadan istifadə edərək valyuta əməliyyatlarından maksimum qazanc əldə etmək istəyirlər. Ancaq “qara bazar”ın tam aradan qaldırılması üçün valyutanın satış məzənnəsini də endirmək lazımdır”, – o bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manat həcmində transfert barədə hakimiyyətin qərarı da vəziyyətə təsir göstərib. Bu, Mərkəzi Bankın valyuta əməliyyatlarında iştirakına imkan verəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir