Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Rusiyanın prezidentliyə yeni namizədi – Putinin “Azərbaycan arzusu” Fərhad Əhmədovdur?

bitmap-img6Fərhad Əhmədovun tezliklə Azərbaycanda hakimiyyətə gələcəyini, atası Teymur Əhmədovun qisasını alacağını yaxın çevrəsi və ailə üzvləri artıq çəkinmədən deyirlər.
Son zamanlar, xüsusən də ABŞ-da keçirilən seçkilərdən sonra Rusiyaının xarici ölkələrdə keçirilən seçki prosseslərinə müdaxilə etməsi dünya mətbuatının bir nömrəli araşdırma məsələsinə çevrilib.
Hazırda ABŞ-da bütün təhlükəsizlik orqanları ABŞ seçkilərinə müdaxiləsini araşdırır. ABŞ-ın rəsmi dairələri və bir neçə kəşfiyyat qurumları Kremli Demokrat Partiyasının elektron poçtunu ələ keçirərək ABŞ-dakı seçkilərə müdaxilə etdiyini iddia edir. MKİ və FTB kimi ABŞ-ın nüfuzlu kəşfiyyat və tədqiqat qurumları bu əməliyyata birbaşa Rusiya prezidenti Vladimir Putinin rəhbərlik etdyini irəli sürürlər.
Картинки по запросу putin
Son günlər isə eyni ittihamlar Fransadan səsləndirilməkdədir. Hazırda prezident seçkiləri marafonu gedən Avropanın bu aparıcı ölkəsində artıq Rusiyanı seçki prossesinə müdaxilə etməkdə ittiham edirlər. Bir neçə gün əvvəl isə rəsmi olaraq Rusiyanın Çernoqoriyada çevrilişə cəhd göstərdiyi təsdiqləndi. Bunu ABŞ-ın və Böyük Britanıyanın kəşfiyyat orqanları təsdiqlədi. Bundan daha əvvəl isə Rusiya Gürcüstan və Azərbaycan da seçkilərə açıq şəkildə müdaxilə etmişdi.
2013-cü ildə Rusiya Azərbaycan seçkilərinə necə müdaxilə etdi?
Azərbaycana gəldikdə isə Rusiya 2013-ci ildə açıq şəkildə seçkilərə müdaxilə etdi. Bunu Rusiyada yaşayan milyarder azərbaycanlıların və Aəzərbaycan müxalifətinin üzərindən həyata keçirdi. Bu gün heç kimə sirr deyil ki, 2013-cü ildə birdən – birə siyasi arenada peyda olan “Milyarderlər İttifaqı” və Milli Şura məhz Rusynın layihəsi idi. 2013-cü ilin seçki prossesində faktiki olaraq Rusiyda yaşayıb böyük biznes sahibi olan bütün azərbaycanlı iş adamları Rusyia üçün Azərbaycana və Azərbaycan hakimiyyətinə qarşı təzyiqalətinə çevrildi. Eyni zamanda Rüstəm İbrahimbəyov kimi kosmopolit dəyərlərə sahib və Azərbaycan milli dəyərlərindən çox-çox Rusyaının milli maraqlarına və dəyərlərinə doğma olan birinin Azərbaycan müxalifətinin vahid namizədi olaraq ortaya çıxması heç də təsadüfi deyildi. Əslində Rüstəm İbrahimbəyov Milli Şuranın deyil, “Milyarderlər İttifaqı”nın vahid namizədi olaraq çıxış edirdi və istənilən nəticə əldə olunduqdan sonra, yəni Kremlin Azərbaycan hakimiyyətinə təzyiqləri istənilən nəticəni verdikdən sonra, istər Rüstəm İbrahimbəyov, istərsə də, “Milyarderlər İttifaqı” siyasi səhnədən kənarlaşdırıldı və Azərbaycan müxalifətinn toplandığı Milli Şura öz taleyinin hökmünə buraxıldı. Və sonucda birmənalı şəkilə istifadə olunaraq atılan Milli Şura seçkilərdə Cəmil Həsənlinin namizədliyi ilə təmsil olunaraq öz simasını qorumağa cəhd etdi.
Rusiyanın 2018-ci il Azərbaycan planı
Картинки по запросу kreml
AzToday.az-a daxil olan məlumata görə, hazırda Rusiya Azərbaycanda 2018-ci ildə keçirilməsi nəzərdə tutlan prezident seçkilərinə həm müdaxilə etmək, həm də lazımi şəraitdə Azərbaycanda hakimiyyət dəyişikliynə nail olmaq üçün yei seçki strategiyası hazırlayıb. Kremlin Azərbaycana qarşı seçki strategiyasının başında isə əslən qərbi azərbaycanlı mənşəli, Göyçay rayonunda doğulub böyümüş, hazırda azərbaycanlılar arasında ən varlı simalardan biri olan milyarder Fərhad Əhmədovdur. Bu barədə isə artıq Fərhad Əhmədovun yaxın ətrafı və Azərbaycandakı qohumları açıq şəkildə danışırlar.
Fərhad Əhmədovun Rusiyanın Azərbaycana qarşı seçki strategiyasında əsas sima olaraq çıxış etməsi isə doğurdan ciddi təhlükədən xəbər verir. Çünki Fərhad Əhmədov xarakter etibarı ilə istər Söyün Sadıqovdan, istər sə də Rüstəm İbrahimbəyovdan çox fərqlənir. Üstəlik Fərhad Əhmədovun indiki hakimiyyətin əsas simalarına qarşı patoloji nifrəti olan biridir və bu nifrətin öz tarixçəsi var.
 
Kimdir Fərhad Əhmədov?
Özü, yaxud yaxınları tərəfindən tərtib edilmiş tərcümeyi-halına diqqət etdikdə görürük ki, əmək fəaliyyətinə fəhləliklə başlayan, sonra min-bir zəhmət bahasına böyük bir biznes imperiyası qurmuş, milyardların sahibi olan əfsanə adamdır Fərhad Əhmədov. Lakin bu doğurdanmı belədir. Yəni Fərhad Əhmədov milyardlarını özü, heç kimin köməyi olmadanmı qazanıb? Mediadan gizlədilən həqiqət nədən ibarətdir?
Картинки по запросу fərhad əhmədov
Bu bir həqiqətdir ki, Fərhad Əhmədov çox gənc yaşlarında ölkəsini tərk edərək Rusiyada peşə təhsili alaraq əmək fəaliyətinə başlayıb. Ancaq onu yeniyetmə yaşında öz vətənindən uzaqlaşdıran səbəb nə idi? Bir fakt diqqətinizdən qaçmasın ki, qəhrəmanımız tərcümeyi-halında və verdiyi müsahibələrində 1970-ci illərin əvvəlində sovet məhkəməsi tərəfindən atasının ölüm hökmü verilməsini və güllələnməsinin gizlədir və bu faktın üstündən ümumiyytlə sükutla keçir. Əgər bu məsələnin üstünə gəlsə, hökmən atasının “ədalətsizliklə üzləşdiyini” deməli, o zamankı respublika rəhbərliyini ittiham etməlidir. Bunun başqa yolu yoxdur.
Əslində o, bunu öz çevrəsində həmişə deyir, yəni atasının haqqsız yerə gülləndiyini və bir gün onun qisasını alacağını ən yaxın ətrafına söyləyir. Lakin mətbuata açıqlama verib əsl niyyətini – qisas anı gözlədiyi barədə susur.
Onun ailəsini tanıyan həmyerlilərinin deməsinə görə,  Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra rüşvətxorlulqla mübarizə kampaniyasına start verib və bu kampanianın ilk qurbanlarından biri də məhz Fərhad Əhmədovun atası Teymur Əhmədov olub. 1969-cu ildə respublika miqyasında bütün idarə və müəssisələrdə yoxlamalara başlanıldı. Həmin yoxlama heyətlərinin biri də Göyçay rayonuna göndərilmiş və oradakı müəssisələrin birində külli miqdarda yeyinti, dövlət əmlakının talanması faktı aşkar edilmişdi. Göyçay rayonunda rayonlararası tədarük kontorunun bazasında konservləşdirilmiş tomat və alma şirələri istehsalı üzrə zavodda aparılmış yoxlamaların nəticələri respublika rəhbərliyini dəhşətə gətirmişdi. Yeyintinin miqyası milyonlarla ölçülürdü. Yoxlamanın materialları məhkəməyə gönədrilir və məhkəmə zavodun direktoru Teymur Əhmədov daha üç nəfər haqqında ölüm hökmü çıxarılır. Teymur Əhmədovun ailəsi qərarın ləğvi üçün nə qədər çalışsalar da, məhkəmənin qərarı icra edilir.
Bu hadisədən sonra Teymur Əhmədovun iki oğlu, xüsusilə də 15 yaşlı oğlu Fərhad Əhmədov atasının qisasının Heydər Əliyevdən alacağına qohumları qarşısında and içərək Rusiyaya üz tuturlar.
 
Fərhad Əhmədov Azərbaycana nə zaman qayıdıb?
Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək milyonerə, daha sonra milyarderə çevrilən həmyerlimizin Azərbaycana biznesmen kimi ilk gəlişi 89-cu ilə təsadüf edir. Yəni Heydər Əliyevin qatı düşmənlərindən biri olan və 70-ci illərin əvvəlində Azərbaycanı tərk edən Əbdürrahman Vəzirov Azərbaycanda hakimiyyətə gəldikdən sonra Fərhad Əhmədov Azərbaycana qayıdır. O, beynəlxalq əməliyyat şirkətinin tərkibində Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz hasilatı işlərinə başlayır. Zaman o zaman idi ki, SSRİ rəhbərliyi miqyasında Heydər Əliyev əleyhinə kampaniya aparılırdı. Azərbaycanın o zamankı rəhbərliyi də bu kampaniyanın mərkəzində idi. Fərhad Əhmədovun da maraqları təkcə biznes sahəsində deyil, həm də antiƏliyev kampaniyası ilə bağlı da o zamankı Azərbaycan rəhbərliyi ilə, yəni Əbürrəhman Vəzirovun maraqları ilə üst-üstə düşürdü. Ayaz Mütəlibov dövründə də bu maraqlar üst-üstə düşməkdə davam etdi. Fərhad Əhmədov Ayaz Mütəllibov üçün vaz keçilməz partnyor simasında çıxış edir.
Elçibəy Fərhad Əhmədovu Azərbaycandan qovur
Rusiyanın prezidentliyə yeni namizədi -
AXC hakimiyyəti dövründə isə vəziyət dəyişir və Fərhad Əhmədov qeyri-rəsmi olaraq Azərbaycandan qovulur. Məsələ orasındadır ki, Fərhad Əhmədov prezident Əbülfəz Elçibəyə müraciət edərək bir vaxtlar Elçibəyi həbsə atdıran, eyni zamanda Fərhad Əhmədovun atası Teymur Əhmədovu güllələtdirən Heydər Əliyevə qarşı birgə mübarizə təklif edir. Əhmədov Elçibəyə Rusiyianın dəstəyini və Azərbaycandakı hakimiyyətinə Kremldən verilən qarant olmaq təklifi ilə çıxış edir. Bunun əvəzində isə Elçibəydən Heydər Əliyevi və yaxın ətrafını ortadan götürməyi təklif edir. Lakin Elçibəin reaksiyası onun üçün çox gözlənilməz olur. Elçibəydən özünün “qisas əməliyyatı” üçün tam dəstək gözlədiyi halda aldığı cavab Əhmədovu doğurdan şaşirdır.
Elçibəy Fərhad Əhmədova, “Mən hakimiyyətə milli birlik qurmaq üçün gəlmişəm, qisasçılıq üçün yox”, deyir və bir neçə gündən sonra Əhmədova ölkəni tərk etməyin məqsədəuyğun olduğu işarə edilir. Bundan sonra isə Fərhad Əhmədov Azərbaycanı tərk edərək yenidən Rusiyaya qayıdır.
Milyarderin Rusiya həyatı
Sonra tərcümeyi-halda təqdim olunan həyat yolu – peşə məktəbi, fəhləlik, ali məktəb, müxtəlif vəzifələr, kooperativlər dövründə ilkin kapital yığımı, milyonerlik, İngiltərə vətəndaşlığı və Azərbaycanda şirə zavodunun özəlləşdirlməsi və s. məlumatlar yer alır. Lakin yenə bəzi məqamlar gizlədilir.
Necə oldu ki, 15 yaşında heç bir mal varlığı olmayan 15 yaşlı yeniyetmə müəyyən dövrdən sonra milyonerə, daha sonra isə milyarder ola bildi. Hər şey doğurdanmı Fərhad Əhmədovun fövqəladə istedadına bağlı idimi? Axı Rusiya kimi ölkələrdə milyoner və milyarder olmaq, təkcə əziyyət, fərasət, sərmayənin doğru yönləndirilməsi ilə baş vermir. Rusiyada biznes uğuru qazanmaq üçün hökmən ciddi siyasi dəstəyin olmalıdır. Bu dəstək olmadan heç kim sənə milyardları qazanmaq imkanı verməz.
Onu Rusiyadan tanıyanların deməsinə görə, Fərhad Əhmədov ilkin kapitalını qazanan zaman həmin ölkənin xüsusi xidmətinin diqqətini cəlb edib və bundan sonra onun biznesi sürətlə inkişaf etməyə başlayıb. Əhmədov biznesinin böyüməsində yəhudi əsilli iş adamlarından da ciddi dəstək alıb. Bu işdə ona əslən Göyçaydan olan yəhudilər, həmçinin yəhudi əsilli iş adamı, 2013-cü ilin prezident seçkiləri ərəfəsində yaradılmış, dövlət başçısı İlham Əliyevin əleyhinə fəaliyyət göstərən “Milyarderlər İttifaqı”nın fəallarından olan Telman İsmayılov vasitəçilik edib.
Fərhad Əhmədovun bir vaxtlar mərhum milyarder Boris Berezovski ilə də dostluq münasibətlərinin olduğu bildirilir. Çox maraqlıdır ki, Berezovski Putinlə düşmənçiliyə başlayıb, İngiltərəyə köçəndə də Fərhad Əhmədov Putinin qəzəbinə gələcəyindən ehtiyat etmədən Boris Berezovski ilə yaxınlığını davam etdirib. Rusiyada böyük biznesi olan biri üçün isə bu mümkün deyildi. Həmin ərəflərdə Londona köçən və Britaniya vətəndaşlığı alan Fərhad Əhmədov ilə çox yaxın münasibətlərini davam etdirb. Ancaq bu da faktdır ki, Putinin düşmənləri ilə dostluq edərək Rusiyada sərbəst fəaliyyət göstərmək nədir, küçədə gəzmək belə mümkün olarmı? Mənbəmiz və məntiq deyir ki, Fərhad müəllim FTX tərəfindən Berezovskinin yanına yerləşdirilibmiş və bunu Berezovski özü də hiss edirmiş.
Heydər Əliyevin zamanıda Azərbaycanda ilk biznesini qurur
Rusiyanın prezidentliyə yeni namizədi -
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə Fərhad Əhmədovun qisasçılıq niyyətindən xəbərdar olduğundan onun Azərbaycanda fəlaiyyətinə imkan vermir. Lakin Fərhad Əhmədov o zaman Qiymətli Kağızlar Komitəsinin sədri olan köhnə dostu Heydər Babayevin əli ilə bir vaxtlar atasının direktor olduğu Göyçay şirə zavodunu özəlləşdirə bilir. Bundan isə Heydər Əliyevin xəbəri olmur.
Ulu öndərin vəfatından sonra isə Rusiya xüsusi xidmətləri ilə əlaqələri şübhə doğurmayan Azərbaycandakı dostları Heydər Babayev, Ziya Məmmədov və Abbas Abbasovun vasitəçilyi ilə ölkəyə qayıdır və biznesini genişləndirir. Və Azərbaycandakı Rusiya layihəsini gerçəkləşdirməyə başlayır. Bu, sıradan biznes layihəsi deyildi. Həm Rusiya xüsusi xidmət orqanlarının siyasi, Əhmədovların isə qisas layihəsi idi.
 
Yeni layihə: mesenat, xeyriyyəçi, diplomat qüdrətli iş adamı Fərhad Əhmədov
Hazırda Fərhad Əhmədovun Azərbaycanda çox güclü olduğu bildirilir. Lakin qarşıya qoyulan məqsədə tam olaraq nail olunmayıb. Buna səbəb isə Fərhad Əhmədovun özünü gizli saxlaması və ölkə prezidenti İlham Əliyevin diqqətini cəlb etməkdən qaçınması olub. Çünki özünü daha çox gözə soxmağa və reklam olunmağa çalışarsa, biriləri onun əsil məqsədini prezidentə çatdıracağı şübhə doğurmur. Ona görə də Fərhad Əhmədov çox ehtiyatla hərəkət edir. Buna baxmayaraq Azərbaycanda ciddi vəzifə sahibləri arsında onun dostları çoxdur. Hətta onun dostları arasında Prezident Adminstrasiyasının məsul işçilərinin olduğu da bildirilir.
Bir neçə il əvvəl Rusiya xüsusi xidmət orqanları ilə şərikli şəkildə hazırlanan plan isə yaxın zamanda işə salına bilinər. Plana görə, Fərhad Əhmədov ölkəmizdə dünya şöhrətli, qüdrətli biznesmen olmaqla yanaşı, həm də mesenat, xeyriyyəçi, bacarıqlı siyasətçi və diplomat kimi nüfuz qazanmalıdır və böyük pullara, həmçinin Rusiyanın dəstəyinə sahib olan Fərhad Əhmədov üçün bu planı həyata keçirmək elə də çətin deyil. Sadəcə Fərhad Əhmədovun əsas problemi yuxarıda deyildiyi kimi, vaxtından əvvəl diqqəti cəlb etməməkdir. Hazırda isə Böyük Britaniya və Rusiya vətəndaşı olan milyarder barədə bəzi media qurumlarında dərc olunan yazılarda onun təsviri incəsənət həvəskarı olduğu bildirilir və bu yolla Fərhad Əhmədovun müasir, intellektual biznesmen obrazı yaradılmağa çalışılır. Bir müddət əvvəl isə Fərhad Əhmədov Qarabağın tarixindən bəhs edən “Xarı bülbüllər” filminə sponsorluq edib. Bu addım onu həm Qarabağın təəssübünü çəkən böyük vətənpərvər, həm də sənətə pul xərcləyən mesenat kimi təqdim edir və bütün bunlar təbii ki, zamanında xatırlanacaq.
Rusiyanın prezidentliyə yeni namizədi -
2015-ci ilin sonunda birinci devalvasiya baş verdikdə isə, Fərhad Əhmədov ona məxsus olan “Aznar” şirkətində çalışan işçilərinin bank kreditlərini bağlayaraq yeni imic yaratmağa cəhd etdi. Bu əslində yeni Zeynalabidin Tağıyev – “millət atası” imicini qazanmaq cəhdi idi və Fərhad Əhmədovin buna nə qədər nail olduğunu zaman göstərəcək.
Sonra isə daha qəribə və təəccüblü hadisə baş verir. Rusiya və Türkiyə arasındakı münasibətləri gərginləşdirən məşhur “təyyarə krizi”ndən sonra  iki dövləti barışdıran fiqurlar arasında heç bir siyasi statusu olmayan iş adamı Fərhad Əhmədovun da adı çəkilir. Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu “Sputnik Türkiyə”yə verdiyi müsahibəsində iki ölkə arasındakı münasibətlərdə böhranın aradan qaldırılmasında bir çox şəxslərin rolunun olduğunu deyir və bunların arasında Azərbaycan prezidenti İlham Əliyevin, Dağıstan rəhbəri Ramazan Abdulatipovun, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və azərbaycanlı iş adamı, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun da yer aldığını söyləyir. Diqqət edin! Adı çəkilənlərin hamısı dövlət rəhbərləridir, bir Fərhad Əhmədovdan başqa.
AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, ilkin təmaslarda Fərhad Əhmədovun adının vasitəçi olaraq dövriyyəyə buraxılması, danışıqlarda iştirakı Rusiya tərəfinin təşəbbüsü olub. Belə ki, mənbəmizin bildirdiyinə görə Azərbaycanın dövlət xadimlərindən biri prezident İlham Əliyevin göstərişi ilə Mövlut Çavuşoğlunun xahişini Rusiyaya çatdırarkən Kreml Fərhad Əhmədovun da danışıqlarda əsas fiqur kimi iştirakını şərtlərdən biri kimi irəli sürüb. Sual olunur: Ortada bir neçə dövlət başçısı, Azərbaycanın aparıcı dövlət xadimləri varkən, iş adamından başqa statusu olmayan Fərhad Əhmədovun vasitəçi siması ilə çıxış etməsi Rusiyanın nəyinə lazım idi və Rusiyi niyə bu məsələdə maraqlı tərəf kimi çıxış etməliydi?
İndiyə kimi cənab Əhmədovun bu kimi fəaliyyətinə rast gəlinməyib və siyasi prosseslərdə Fərhad Əhmədov faktoru demək olar ki, görünməyib. Birdən birə isə Rusiya tərəfi onu Azərbaycanın yeni Taleyranı olaraq siyasi arenaya soxmaq cəhdi də açıqca ortadadır.
 
Putinin  yeni “Azərbaycan arzusu” 
Mənbəmizin iddiasına görə, Fərhad Əhmədov 2018-ci ildə Azərbaycanda keçiriləcək olan prezident seçkilərində Rusiya hakim çevrələrinin Azərbaycandakı növbəti layihəsidir. Lakin burda maraqlı bir detal daha var. Məlumdur ki, Fərhad Əhmədov Azərbaycan prezidentliyinə namizəd ola bilməz. Çünki o, Böyük Brtaniya və Rusiya vətəndaşlığına sahibdir. Azərbaycan konstitutsiyasına uyğun olaraq isə təbii ki, bu halda onun Azərbaycan prezidentliyinə namizədliyi mümkün deyil. O zaman Fərhad Əhmədov nəyə ümid edir və hakimiyyətə necə gələ bilər?
Bu barədə AzToday.az-ın sualını cavablandıran mənbə bildirib ki, ortada bir Bidzina İvanişvili örnəyi var. Xatırladaq Rusiya və Fransa vətəndaşdlığı olan gürcü iş adamı Bidzina İvanişvili 2011-ci ildə Rusyanın bölgədəki əsas düşməni olaraq bilinən Gürcüstan prezidenti Mixel Saakaşviliyə qarşı siyasi blok yaratmış və onun rəhbərlik etdiyi “Gürcü arzusu” partiyası 2012-ci ildə seçkiləri qazanarq Gürcüstanda Saakaşvili hakimiyyətinə son verə bilmişdi. Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi. Lakin daha sonra İvanişvili hakimiyyətdən imtina etdi və “Gürcü arzusu” partiyasının siyasi lideri olaraq qaldı.
Mənbə bildirir ki, eyni planın Azərbaycanda da həyata keçirilməsi elə də çətin deyil. Bu daha çox Kremldən verilən qərardan asılı olacaq. Mənbə hesab elir ki, Kremlin verəcəyi qərarda 2017-ci və 2018-ci ilin birinci yarısında İlham Əliyevin hansı siyasət sərgiləməsindən çox şey açılı olacaq. Mənbənin fikrinə görə bütün hallarda Fərhad Əhmədov planı Azərbaycanda icraya qoyulacaq. Amma bu planın nə qədər effektli olması daha çox prezident İlham Əliyevin yürütdüyü siyasətdən asılı olacaq. Mənbə hesab edir ki, əgər indiki kimi İlham Əliyev müstəqil siyasət yürütməkdə davam edəcəksə və bu zaman Azərbaycanın milli maraqlarını Rusiyaın maraqlarından üstün tutacaqsa, o zaman Rusiyanın Fərhad Əhmədov planı bütün ciddiyyəti ilə icraata qoyulacaq və bunun üçün bütün imkanlar səfərbər olunacaq. İlham Əliyev Rusyiaya qarşı Qərbə nisbətən çox isti siyasət nümayiş etdirərsə, o zaman 2013-cü ildə olduğu kimi Fərhad Əhmədov ancaq təzyiq aləti kimi istifadə oluna bilər. Lakin bu Fərhad Əhmədovun planlarına nə qədər uyğun olacaq, bu bilinməməkdədir. Çünki yuxarıda da qeyd etdiymiz kimi, Fərhad Əhmədovu hərəkətə keçirən əsasən intiqam duyğularıdır.
 
Fərhad Əhmədovun müttəfiqləri kimlərdir?
Mənbə bildirir ki, Rusiyanın planına əsasən Fərhad Əhmədovun əsas partnyorlarından biri Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənov çıxış edir. Hətta Rusiyanın planında Eldar Həsənovun prezident kürsüsünə əyləşməsi, Fərhad Əhmədovun isə İvanaşvili kimi lider sifətində çıxış etməsi yer alıb. Eyni zamanda baş nazirin keçmiş müavini  Abbas Abbasov keçmş nazirlər Ziya Məmmədovun və Heydər Babayevin, Hüseyn Abdullayev və bir sıra digər önəmli isimlərin də Fərhad Əhmədovun komandasında yer alması istisna olunmur.
 
 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir