Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Trampın kürəkəninin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü üzə çıxıb

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşdüyü üzə çıxıb.
Bunu “The New York Times” qəzeti martın 3-də işıq üzü görən nömrəsində yazıb.
Qəzetin məlumatına görə, görüş ötən ilin dekabrında Manhettendə “Trump Tower” adlı “göydələn” binada keçirilib. Danışıqlar 20 dəqiqə sürüb. Ağ evin təmsilçisi Houp Hiks məsələyə aydınlıq gətirərib. O bildirib ki, görüşdə məqsəd Trampla Moskva arasında əlaqə kanalını yaratmaq olub.
Qəzet yazıb ki, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn, Trampın seçki qərargahının təmsilçiləri Ceffri Qordon və Karter Peyc də görüşüb. Onlar 2016-cı ilin iyulunda ABŞ-ın Klivlend şəhərində İrs Fondunun konfransı çərçivəsində görüşüblər.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Twitter” səhifəsində yazıb ki, S.Kislyak yalnız Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib: “Demokratlar Partiyasının belə tədbiri olmayıb”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir