Bu gecə Bakıda ər və arvadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsi Litvin Babayev küçəsi 44 ünvanındakı fərdi yaşayış evində 1974-cü il təvəllüdlü Mustafayev Cavanşir Təyyar oğlu və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafayeva Sevinc Yafəs qızı dəm qazından boğulublar. Onların meyitləri bu gün səhər saatlarında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.