Kanada polisi Calgary aeroportunda uçuşdan əvvəl pilot kabinasında huşunu itirən sərxoş pilotu həbs edib.
Sunwing aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri 37 yaşlı pilotun qəribə davranışını görərək hüquq-mühafizə orqanlarına xəbər veriblər.
“Onlar [pilotun] kürsüdən yıxıldığını gördülər. Bu [təyyarənin] kapitanı idi” – Calgary şəhərinin polis nümayəndəsi deyib.
Polis pilotun qanında alokoqol həcminin maksimal səviyyədən 3 dəfə artıq olduğunu bildirir.
Cancun şəhərinə yollanan təyyarə öz uçuşunu başqa pilotla başa vurub.
Hadisə vaxtı hava laynerinin göyərtəsində 99 sərnişin və 6 heyət üzvü olub.
Sunwing-in nümayəndələri “çox çətin vəziyyətdə” düzgün hərəkət edən heyət üzvlərinə minnətdarlığını bildiriblər.
Aviaşirkət həmçinin hadisəyə görə üzr istəyib.
Pilotun adı məhkəmə prosesinə kimi açıqlanmır.
(bbc azəri)