Avropa Komissiyasının sədri Jan-Klod Yunker Kataloniya ətrafında yaranmış vəziyyəti faciə adlandırıb.
Media-fakt.info xəbər verir ki, Avropa Komissiyasının sədri baş verənlərdən təəssüfünü ifadə edib.
“Kataloniya – böyük, nəhəng qayıqdır. Orada yaranmış vəziyyət mənim xoşuma gəlmir. Bu, bir çox mənada faciədir”, – deyə o bildirib.”O, siyasi mühiti gərginləşdirib, İspaniya və Kataloniya cəmiyyətlərində parçalanmaya gətirib çxarıb. Ailələrdə, dostlar arasında parçalanmaya səbəb olub. Bu, təəssüfedicidir. Bu, heç vaxt baş verməməli idi,” – deyə J.Yunker əlavə edib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı