«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi mayın 5-də Göyçay rayonu, Gənclər Mərkəzində “Biznesə ilk addım” mövzusuna həsr olunmuş dəyirmi masa keçirib.
Dəyirmi masada Göyçay rayon İcra Hakimiyətinin humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbova , Göyçay rayon Gənclər Mərkəzinin rəhbəri Səməd Cəbrayılov, yerli sahibkar Azər Xudaverdiyev, 7 saylı məktəbin direktor müavini, prezident təqaüdçüsü Aqil Cəfərov, rayonun orta məktəblərin yuxarı sinif şagirdləri və Göyçay rayonundakı dövlət idarəetmə kolecindən olan 30-dək yeniyetmə və gənc iştirak edib.
Dəyirmi masanı açan Rəxşəndə Rəcəbova iştirakçılara məhsuldar gün arzulayıb. O, bu kimi tədbirlərin rayon üçün vacibliyini qeyd edib. O, rayon iqtisadiyatının inkişafında kiçik sahibkarlığın inkişafının böyük əhəmiyyət daşıdğını deyərək, rayon icra hakimiyyətinin bu məsələlərə xüsusi diqqət verdiyini bildirib.
Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. Respublikanın 3 bölgəsindən ( cənub, qərb və aran)olan gənclərdə kiçik və orta biznesə maraq yaratmaq üçün sitimulaşdırıcı görüşlər keçirməkdən ibarək olacaq. Layihə , ucqar kəndlərində yaşayan gənclər arasında kiçik biznesi təbliğ edəcək, gəncləri özünə məşulluq üçün həvəsləndirməyə çalışacaq.
Gənclər Mərkəzinin rəhbəri Səməd Cəbrayılov öz çıxışında uğurlu iş adamlarının nümünalərindən sitatlar gətirərək yeniyetmə və gənclərin məqsəd yönlü olmağa çağırıb. O, Göyçay rayonun Gənclər Mərkəzində yeniyetmələr və gənclər üçün hər cür şərait olmasına baxmayaraq, yeniyetmələrin asudə vaxtlarının düzgün istifadə etməyib, daha çox çayxanalarda vaxt keçirməklərindən narahat olduğunu bildirib.
Yerli sahibkar Azər Xudaverdiyev iştirakçılara öz biznes fəaliyyəti haqqında danışaraq, uğurlarını onlarla bölüşüb. Kənd təsərüfatı ilə məşğul olan Azər Xudaverdiyev gənclərə ilk başlanğıcda yaranan çətinliklərin illər ötdükcə necə məmnuniyətə çevrilməsini danışıb. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkışafı ilə bağlı görülən tədbirlərdən və aparılan işlərdən söz açıb.
Prezident təqaüdçüsü Aqil Cəfərov öz çıxışında çox maraqlı məqamlara toxunub. O, hər hansı bir peşə və sənətlə də insanın böyük ugura çata bilməsinin mümkünlüyündən söz açıb.. A. Cəfərov vaxtilə xırda işçi olan məhşur iş adamlarını sadalayaraq onların ibratamiz həyat hekayələrini gənclərin diqqətinə
çatdırıb.
Diskusiya şəklində keçən dəyirmi masa, ənənvvi olaraq , çay və şirniyat qonaqlığı ilə sona çatdı.
Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsi cərçivəsində təşkil edilib. Bu mövzuda növbəti dəyirmi masa 19 may tarixində Masallı rayonunda keçiriləcək.