Fransanın prezidenti Emmanuel Makron canlı yayımda çıxış etdi.
O, Fransanın gələcəyi üçün əlindən gələni edəcəyini söz verdi: “Separatçılığa yol verilməyəcək. Fransanı, Avropanı, qitəmizi, ortaq dəyərlərimizi qoruyacağam. Buradan ifadə etmək istəyirəm ki, Fransa bütün dünyaya dost olacaqdır. Əziz fransalılar, ölkəmiz iqlim dəyişiklikliyinə, terrora qarşı torpaqlarımızda və xaricdə mübarizə aparacaq. Xanımlar və bəylər, uzun tariximizdə yeni bir səhifə açıldı. Bu, ümidin, mübarizənin səhifəsi olsun. Demokratiya uğrunda mübarizə aparacam”.
E.Makron çıxışı zamanı eks prezident Fransua Ollanda da salam göndərdi: “Ollandı salamlayıram. Fransanı 5 il byunca o idarə etdi. Bundan sonra 5 il mən mübarizə aparacam. Qorxuları yox edəcəm. Bütün gücümlə savaşacam. Fransanı sevməyə davam edək. Yaşasın Cumhuriyyət! Yaşasın Fransa! ”