Azərbaycandan Zərəngiz Hüseynova Facebookun Silikon Vadisində keçiriləcək Community Leadership proqramının 100 iştirakçısından biri olaraq seçilib.
25 yaşlı Hüseynova Azərbaycanda qadınlar üçün təhsil proqramı olan WoWoman-in təsisçisidir.
O, bütün dünyadan 6 mindən çox namizəd arasından Facebook Cəmiyyətin Liderlik İnkişaf Proqramının 100 iştirakçısından biri olaraq seçilib, bu barədə WoWoman-in press-relizində deyilir.
Facebook Community Leadership proqramı liderliyin və texniki bacarıqların inkişafı üçün təhsil proqramından, iştirakçının cəmiyyətin inkişafı üzrə fəaliyyətini davam etdirə bilməsi üçün maliyyə dəstəyindən, cəmiyyətin ekspertləri, Facebook rəhbərliyi və FCLP-nin digər iştirakçıları ilə görüşlərdən ibarətdir.
Tədbirdə 46 ölkədən təqaüdçülər iştirak edəcək.
*WoWoman 2014-cü ildə Azərbaycanda öz ideyalarını həyata keçirmək istəyən qadınlar üçün bir platforma kimi təsis edilib.
Press-relizə əsasən, 25.000-dən çox üzvü var, 200-dən çox treninq və vebinar keçirilib, sahibkarlıq zehniyyəti, şəbəkə inkişafı, özünü təqdim etmə bacarıqları, ingilis dili kursları və maliyyə kimi digər universal bacarıqlar, eləcə də proqramlaşdırma və dizayn kimi profesional bacarıqlar mövzusunda 40 yaxın müxtəlif proqramları var. Proqramlarda Azərbaycan, Qırğızıstan və Pakistandan 7000 nəfər iştirak edib.
Azərbaycanda platformanın əsas tərəfdaşları P&G, AzerTurk Bank və ABŞ səfirliyidir.