Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Cahangir Hacıyevin bacısı prezidentə təkrarən müraciət edib

Azərbaycan prezidenti cənab İlham Əliyevə ABB İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevadan

Cənab Prezident, Sizə 2018-ci il sentyabrın 17-də turan.az-da

http://www.turan.az/ext/news/2018/9/free/Want%20to%20Say/az/75102.htm dərc edilmiş müraciətimdən sonra Cahangirə qarşı repressiyalar güclənib. Bu gün, 2018-ci il sentyabrın 19-da bizdən onun üçün yemək qəbul etməyiblər. Geyim və dərman da qəbul edilməyib. Guya onun özünün istintaq təcridxanasının rəhbərliyinə görüşlərdən, telefon danışıqlarından və yeməkdən imtina etməsi haqqında ərizə yazdığına istinad edirlər.

Cahangir vəkili ilə görüşündə belə bir ərizə yazmadığını bildirib. Bütün bunlar haradan çıxır, aydın deyil. Yenə DİN Baş Prokurorluğa, onlar isə öz növbəsində Ədliyyə Nazirliyinə istinad edir.

Bizə, onun ailəsinə bütün bu baş verənlərin səbəbi aydın deyil. Bu, onun həyatına qəsddir? Yoxsa səhhətini pozmaq üçün göstərilən bir təzyiq? Qətiyyətlə Sizin müdaxilə və müdafiənizi xahiş edirəm.

Hörmətlə, Əminə Hacıyeva

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir