Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

İlyas İsmayılovun oğlunu öldürdülər

Bu gün (19 sentyabr) İstanbulda, “Floriya” mərkəzində Azərbaycanın keçmiş baş prokuroru və keçmiş Ədliyyə naziri, “Ədalət” partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllə ilə vurub öldürdülər. Onun qətlində şübhəli kimi axtarılan Gözəl Dəmirov adlı Azərbaycan vətəndaşı əvvəlllər Daxili İşlər Nazirliyində işləyib, polkovnik idi.

Münaqişənin səbəbləri bəlli deyil, yaxın müddətdə dəqiqləşdirmələri əldə edib oxuculara təqdim edəcəyik.

 

Etimad İsmayılov Türkiyədə bizneslə məşğul idi. O,  tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir