Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai İnsan haqları Siyasət Sosial-iqtisadi Xəbərlər

Berlin mitinqinin daha bir iştirakçısının atası Bakıda təzyiq altında.

Siyasi mühacir Emin Manafov hakimiyyətin bu addımını insanlığa sığmayan bir hal kimi dəyərləndirdi.

2018-ci ilin 06 fevral tarixində Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında Azərbaycanda demokratiyaya dəstək və siyasi məhbuslarla bağlı mitinqdə iştirak edənlərin yaxın qohumlarına qarşı təzyiqlər barəsində sosial mediada məlumatlar güclənir. Artıq hakimiyyət mitinqdə aktiv olanların hamısının qohumlarını və ailə üzvlərini təzyiq altında saxlayır. Gənc ictimai fəal Emin Manafov bu barədə bizə müsahibəsində danışdı:

-Emin bəy, ailə üzvlərinizin Azərbaycanda polisə çağırılması həqiqətənmi Sizin mitinqdə iştarak etməyinizlə bağlıdır? – “Bəli, mənim Berlin mitinqində iştirak etməyim və orada aktiv olmağım siyasi hakimiyyətin təbii ki, xoşuna gəlməyib. Çünki, mitinqlə bağlı görüntülərdə mənim aktiv olmağım görsənir. Bundan sonra 12 fevralda atam Yaşar Manafov Neftçala rayon Polis Şöbəsinə dəvət edilmiş və orada ona qarşı təzyiq göstərilmişdir. Atam ağsaqqal çağında 4 saat polis idarəsində saxlanılmış və təhqir olunmuşdur. Ona bildirmişlər ki, mən vətənə xəyanət etmişəm və tez geri qayıdıb qanun qarşıında cavab verməliyəm. Eyni zamanda mənim siyasi fəaliyyətimin dayandırılması tələb edilmişdir. Həm də, ona bildirmişlər ki, mən ölkə başçısının nüfuzuna xələl gətiririk və hörmətli şəxslərə qarşı qeyri-qanuni hərəkətlər edirik, buna görə da baş verənlərlə bağlı o da cəzalana bilər. Guya mən hökumətin və konstitusiya quruluşunun zorla dəyişdirilməsi üçün çıxışlar edirəm və insanlar arasında bu istiqamətdə təşviqat aparıram. Bu olduqca yanlış bir fikir olmaqla bərabər məni öz ifadə azadlığımdan yayındırmağa yönəlik bir təşəbbüsdür.

Emin bəy, bundan sonra, nə cür fəaliyyət göstərəcəksiniz: tamam, yoxsa davam? – Mənim atam həbs olunacağı və ağır işgəncə alacağı ilə hədələnmiş və ona cəzalandırılacağı deyilmişdir. Ona bildirmişlər ki, mən öz fəaliyyətimə davam etməsəm və sakit qalsam o da rahat olacaq. Atama asfaltın üzərinə hakimlərin şəkillərinin düzülməsi göstərilmiş və qeyd olunmuşdur ki, elə həmin hakimlər bizə cəza kəsəcəklər və o zaman heç nə mənim köməyimə çatmayacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycanda diktatura hökm sürür və bir insanın fəaliyyətinə görə onun ailə üzvünün cəzalandırılması sadəcə insanlıqdan kənar bir addımdır. Sizin sualınıza cavab olaraq bildirirəm ki, bütün baş verənlərə baxmayaraq mən növbəti aksiyalarda da fəal iştirak edəcəyik və daha yeni üsullarla bu mübarizəmizi davam etdirəcəyik. Çünki, Azərbaycanda həbsxanada olan aktivistlər – Qiyas İbrahimov, Gözəl Bayramlı, Bayram Məmmədov, Əziz Orucov, Əfqan Muxtarlı, Taleh Bağırzadə, İlkin Rüstəmzadə, Mehman Hüseynov və digərlərinin heç bir günahı yoxdur. Onlar qeyd-şərtsiz azad olunmalıdırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir