Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10-il müddətində 416 iri miqyaslı hərbi əməliyyatlar keçirdib.
15 fevral 1989-ci il tarixi, Sovet ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxması günüdür. Artıq həmin tarixdən 29 il keçir. Həmin vaxt Əfqanstandan sovet qoşunlarının tərkibində çıxmış, Əfqanstan və Qarabağ müharibəsinin veteran, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Sərraf Orucov Əfqanıstan müharibəsi barədə geniş məlumat verərək bildirib ki, 25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar. |
Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 əsgər və zabiti Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.
Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub. Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertolyot itkisi olub.
Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb.
Xatırlatmaq istəyirik ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib.
Əfqanstan müharibəsi biz əfqan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində, Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər. Xususi ilə qeyd edərək xatırladmaq istəyirəm ki, 2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonara həmrəylik nümayiş edib televiziya vasitəsi ilə xalqa müraciət edərək, Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verib, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb. Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbəli müxtəlif vəzifələrdə xidmət edirlər. Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşıb. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!
|
Xususi ilə qeyd etmək istəyirəm ki, 15 fevral münasibəti ilə MDB-yə üzv olan dövlərtlərdə, eləcə də Azərbaycanda keçmiş Əfqanıstan döyüşçüləri hər il bu günü müxtəlif tədbirlər təşkil edərək təntənəli surətdə yad edirlər.
Azərbaycan dövlət xalqlar arası döstluq əlaqələrinin möhkəmləndirilməsi siyasətinə dəstək verərək, Azərbaycan, Belarusiya, Ukraniya, Moldaviya və başqa MDB-yə üzv olan dövlərtlərinƏfqansdanda və başqa xarici ölkələrdə beynəlmiləlçilik vəzifələrini yerirmiş veteran təkilarları ilə qarşılıqlı əməkdaşlıq edərək xalqlarımızın döstluq əlaqələrini inkişaf etdiririk.
Fursətdən istifadə edərək, bu tarixi gündə Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuş beynəlimləlçi döyüşçülərə Allahdan rəhmət diləyirəm, veteran həmkarlarıma isə Əfqanstandan sağ-salamat qaytdıqları üçün təbrik edir, onlara uzun ömur can sağlığı arzu edirəm. |