Avropada Yaşayan Blogerlər Hədəfdə
Fransada yaşayan mühacir Məhəmməd Mirzəli ötən ilin mart ayında bıçaqlandı. Videoblogeri idmançı görkəmli bir neçə nəfər gündüz vaxtı qarşısını kəsib və ona ciddi xəsarətlər yetiriblər.
Mirzəlinin sözlərinə görə, onun agzını kəsiblər, barmaqlarını doğrayıblar. Hadisədən 1 il müddət keçməsinə baxmayaraq cinayətkarların cəzalandırılması istiqamətində Fransa hüquq-mühafizə orqanlarının hər hansı bir addımı barədə hər hansıməlumat yoxdur. Oxşar tendensiya bloger Qabil Məmmədovun Almaniyada döyülməsi hadisəsində müşahidə olunur. “Azad Söz” kanalının rəhbəri Tural Sadıqlıya qarşı Londonda edilmiş təxribat da göstərir ki, Avropada yaşayan blogerlər və siyasi fəalların həyatı təhlükədədir. Lakin demokratik Avropa onların təhlükəsizliyini nəinki təmin edir, baş verən hadisələri də araşdırmır.
Azərbaycandakı avtoritar rejim isə cəzasızlıqdan ilhamlanaraq Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Qabil Məmmədov və s. fəalları təhdid etməkdə davam edir. Bu təhdidlərin real olmasına heç bir şübhə yoxdur. Çünki hakimiyyət tərəfindən Avropada yerləşdirilən şəxslər blogerləri ələ almağa cəhd edir, cinayətkar təkliflərlə razılaşmayan fəallara qarşı təxribatlar həyata keçirir. Rejimin Avropadakı adamlarının kimliyi və əməlləri dəfələrlə ifşa olunsa da, Avropa ölkələrinin hüquq-mühafizə orqanları demək olar heç nə etmirlər. Beynəlxalq təşkilatların cağırışlarına baxmayaraq blogerlərə qarşı baş verən cinayət hadisələri araşdırılmır.
Bu arada Azərbaycanın baş prokuroru Kamran Əliyev bu ilin yanvar ayının 27-də Almaniyaya səfər edib. Kamran Əliyev Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Rəsmi açıqlamada deyilir ki, görüşdə qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib.
Kamran Əliyevin Angelika Şlunkla görüşdə Almaniyaya sığınan siyasi faəlların məsələsinin də müzakirə olunduğu istisna deyil. Buna baxımdan gözləmək olar ki, Avropa Birliyinin əsas ölkəsi olan Almaniya Azərbaycanda hakimiyyətin sifarişi ilə barələrində cinayət işi başlanan siyasi fəalların saxlanılması istiqamətində hansısa addımlar ata bilər. Çünki Almaniyanın Bakıdakı səfirliyi son aylar Avropa ölkələrindən Azərbaycana deportasiya olunan azı 4 nəfərin (Mütəllim Orucov, Pünhan Kərimli (hər ikisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, Malik Rzayev (bitərəf), Cəfər Mirzəyev (Almaniyada fəaliyyət göstərən “Demokratik Azərbaycanı Seç” təşkilatının üzvü) narkotik maddə ittihamı həbs olunmasına səssiz qalıb.
Məlumdur ki, ölkədə vətəndaşların təməl hüquqlarını kobud şəkildə pozan Azərbaycan hökuməti Avropa İttifaqı ilə imzaladığı readmissiya haqqında sazişdəki öhdəliklərindən sui-istifadə edəcək. Buna sivil Avropa ölkələri ciddi nəzarət etməli idi. Azərbaycanın hüquq- mühafizə orqanları deportasiya olunmuş şəxsləri karantində qaldığı müddətdə sorğu-suala çəkir, dindirir. Onlara Avropada yaşayan aktiv siyasi fəallar barədə suallar verir.
Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycandakı rejim ölkə xaricində yaşayan əleyhdarlarını susdurmaq istiqamətində total basqılara başlayıb. Özlərini dünyanın ən demokratik ölkələr sayan Avropa dövlətləri isə başverənlərə ya seyrçi qalır, ya da rejimə dəstək nümayiş etdirir…
Siyasi fəal Anar Həsənov