“Regional Sosial Araşdırmalar” İB Şirvanda yekun müzakirə keçirdi.
“Regional Sosial Araşdırmalar” İctimai Birliyi “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai müzakirənin təşkili” adlı layihəsi çərçivəsində sonuncu ictimai müzakirə noyabr ayının 7-də Şirvan şəhəri Gənclər evində oldu.Layihənin rəhbəri Şükür İzzətoğlu Layihə barədə məlumat verdi.
Ş.İzzətoğlu bildirdi ki, Layihənin əsas mahiyyəti Regionlarda gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə 3 regionda (Şirvan, Hacıqabul, Sabirabad) tədqiqatlar aparılmışdır. Bu gün Şirvan şəhərində yekun ictimai müzakirə keçirilir. Layihənin əsas məqsədi işsiz gənclərin sosial hüquqlarının müdafiəsi işinin təşkil edilməsi sahəsində qəbul edilən qərarların və aparılan islahatların dövlət orqanları tərəfindən yerinə yetirilməsinə ictimai nəzarəti gücləndirmək və bu problemə ictimaiyyətin diqqətini cəlb etməklə gənclərin məşğuılluğunun artırılmasına nail olmaqdan ibarətdir.
Layihə vasitəsilə dövlətin məşğulluq siyasətində işsız gənclərin yeri, onlar üçün yeni iş yerlərinin yaradılması mexanizmi, qeyri-məşğul gənclərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, cəmiyyətin inkişafı üçün gənclərin əməyindən səmərəli istifadə edilməsi yollarının axtarılması həyata keçirilmişdir. Layihə çərçivəsində 6 müxtəlif ərazidə, cəmi 150 nəfər arasınd sosioloji sorğu keçirilmişdir. Sorğunun nəticələri yekun təkliflərdə öz əksini tapacaqdır.