Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Avropa Şurasının Bakı ofisi “Qərarların qəbulunda vətəndaşların iştirakı” adlı konfrans keçirəcək

Avropa Şurasının Bakı ofisi mayın 21-də Hilton Hoteldə “Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı” mövzusunda konfrans təşkil edəcək.

Avropa Şurasının Bakı Ofisindən Turan-a verilən məlumata görə, Konfransın əsas məqsədi Avropa Şurası Nazirlər Komitəsinin “Siyasi qərarların qəbulunda vətəndaşların iştirakına” dair Rəhbər Prinsiplərini təqdim etmək, eyni zamanda ictimai iştirakın qanunvericilik əsasları və praktikası, ictimai iştirakda şəffaflıq və informasiya təminatı, qadınların qərarların qəbulunda iştirakına dair Azərbaycandakı vəziyyəti müzakirə etməkdir.

Tədbirdə bu sahələrdə tövsiyələr səsləndiriləcək.

Tədbirdə Milli Məclisin üzvləri, hökumət nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Konfrans mediaya açıqdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir