Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Təhsil İdarəsi: “Məktəb psixoloqlarının fəaliyyətində ciddi problemlər var”

Bu gün məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı ciddi problemlər var.
 Lent.az-ın məlumatına görə, bunu  “QəbuldASAN” verilişində qonaq olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
 M.Vəliyeva bildirib ki,  bu problemlərin əsas səbəbi uzun müddətdir məktəblərdə psixoloq fəaliyyətinin kənarda qalmasıdır.
 M.Vəliyevanın sözlərinə görə, son 2 ildə Bakıda fəaliyyət göstərən məktəblərdə  psixoloqların diaqnostik qiymətləndirilməsi keçirilib,  bilik, peşə səriştə səviyyələri müəyyənləşdirilib: “ Müəyyən olunub ki, bəzi psixoloqların öz sahələri üzrə bilik səviyyəsi yüksək deyil. Bu sahənin inkişafına çox ehtiyac var. Bir məktəbdə 4-5 min şagird və bir psixoloq  varsa, psixoloq hansı şagirdə çatdırıb xidmət göstərə bilər? Psixoloq valideynlə, şagirdlə ya müəllimlə işləyəcəyini bilməlidir. Ümumiyyətlə, psixoloqun qarşısında duran vəzifələr çoxdur”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir