Müsahibimiz Almaniyada siyasi mühacir həyatı yaşayan Səbuhi İsmaylovdur.
Səbuhi bəy bəy Koronavirus pandemiyası Azərbaycanda mövcud idarəçilikdə bir sıra
problemləri aşkara çıxardığı iddia olunur. Siz bu barədə nə düşünürsüz?
- Hər şey ədalətli hakimiyyətdən mövcudluğundan asılıdır. Ədalətli hakimiyyət və cəmiyyət
qurmaq üçün ölkədə ilk növbədə ədalətli və azad seçki olmalıdır. Bizim cəmiyyətdə hər şey
„təyinatla və yuxardan göstərişlə“ həll olunur. Azərbaycanda qanun deyilən bir şey ancaq kağız
üzərində olan bir məsələdir. Buna görə də idarəçilik eybəcərdir. Ölkədə demorkatik seçki yoxdursa,
demək bütün məsələlər şəxsi maraqlar üzrərində qurulacaqdır. Pandemiya dövrü yaddaşlarda ancaq,
vətəndaşlara yardım adı altında „yardımların mənimsəməsi“ kimi yadda qalacaq. Məmurlar
vətəndaşlara xidmət göstərmək və onların problemlərini həll etmək əvəzinə, dövlətə və xalqa
məxsus olan əmlakın talanması ilə məşguldular. Bu üzdən dövlət idarəçiliyində öhdəlik çox,
məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur.
Məsul şəxslərin baş verənlərə münasibəti də adekvat deyil. Bütün bunlar isə son nəticədə insanların
hüquqlarının pozuntusu ilə nəticələnir. - Son dörvlər aparılan siyasi həbsləri necə qiymətləndirirsiniz?
- XXI əsrdə Azərbaycan adlı məmləkətdə müxalifət lideri, AXCP-nin sədri Əli Kərimlinin
telefonunu, internetini kəsirlər. Dünyaya isə multikulturalizm, humanizm, tolerantlıq nağılları
danışırlar. Dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbi ilə sərhədlər bağlanıb, ölkələr
məhdudiyyətlər tətbiq edir. Amma bəzi ölkələrdə yerli hökumətlər vəziyyətdən istifadə edərək
rəqiblərini sıradan çıxarmağa çalışır. Azərbaycan hakimiyyətinin real müxalifət gördüyü Milli Şura
və AXCP-nin fəalları Faiq Əmirli, AXCP sədri, Əli Kərimlinin cangüdəni Ruslan Əmirov,
Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri Vəfadar Əliyev, Şakir Məmmədli, Müsəlman
Birliyi Hərəkatının üzvü Samir Babayev, Hikmət Ağayev, ictimai fəal Nəriman Abdullaya siyasi
baxışlarına görə onlara qarşı 15-30 gün müddətində inzibati həbs sanksiyası seçilib. Bundan başqa
jurnalistlər Natiq İsbatova 30 sutka və İbrahim Vəzirova 25 sutka inzibati həbs verilib. Həmçinin,
Mirsahib Rahiloğlunun Şirvan şəhərində peşə fəaliyyətini həyata keçirərkən polis tərəfindən
saxlanılması və 30 günlük inzibati həbs edilməsi isə karantin rejimindən sui-istifadənin davam
etdiyini göstərir. AXCP üzvü hakimiyyəti ciddi tənqid videoları ilə gündəmə gəlmiş Aqil Hümbətov
məcburi şəkildə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilir. Həmçinin, Azadlıq qəzetinin
əməkdaşı, AXCP funksioneri Təzəxan Mirələmli Ata Abdullayevin şikayəti əsasında CM-in 221.1-
ci maddəsi ilə açılmış qondarma cinayət işi üzrə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb
olunub. Hazırda da sifarişli həbslər durmadan artır. Hakimiyyət günü-gündən artan sosial
narazılıqdan narahatdır. İlham Əliyev hakimiyyəti rejimini qorumaq üçün ancaq zor tətbiq etməkdə
görür. Ölkədə bütün sahələr korrupsiyalaşıb, məmur özbaşnalığı davam edir. Bir-iki nəfər icra
hakimiyyəti başçısını həbs etməklə vəziyyət dəyişməyəcək. Bütün bunlar da göstərir ki, vəziyyətin
normallaşması üçün Azərbaycanda mövcud olan qəddar polis hakimiyyəti və onların qurduğu sistem
dəyişməlidir.