Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Ermənistanın Müdafiə və Xarici işlər nazirləri Naxçıvanla sərhədi təftiş ediblər

Cümə günü Ermənistanın müdafiə naziri David Tonoyan və XİN başçısı Zoqrab Mnatsakanyan Naxçıvan istiqamətində (Sədərək) Ermənistanın cənub-qərb sərhədində olublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

“Yerində operativ şəraitlə tanış olan nazirlər hərbi birləşmə komandanlığı ilə sərhəd xidmətinin xüsusiyyətlərini müzakirə ediblər.

Tonoyan komandanlığa hər zaman ayıq olmağı, təxribatlara uymamağı və düşmənin istənilən cəhdinin qarşısını almağı tapşırıb”, deyə Ovannisyan yazıb.

Qeyd edək ki, Ermənistan tərəfinin narahatlığı Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Naxçıvana səfər etməsi və Azərbaycan SQ-nin Naxçıvandan Ermənistanda istənilən hədəfə zərbə endirməyə hazır olduğunu bildirməsi ilə bağlıdır.

Bu zaman ən böyük təhlükə Naxçıvan sərhədindən cəmi 70 km məsafədə yerləşən Yerevanı əhatə edir.

Göründüyü qədər, Ermənistan tərəfi bu təhdidləri real hesab edir və mümkün xoşagəlməzliklərə hazırlaşır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir