Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Deniz Yılmaz yenidən “Bursaspor”un əsas komandasından kənarlaşdırılıb

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz yenidən Türkiyənin “Bursaspor” klubunun əsas komandasından kənarlaşdırılıb.
“Report”un məlumatına görə, bu barədə baş məşqçi Adnan Örnekin müraciəti əsasında klub rəhbərliyi qərar verib. 29 yaşlı hücumçu “Çaykur Rizespor”la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib. Görüş isə “Çaykur Rizəspor”un böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.
Qeyd edək ki, Deniz Yılmaz ilk dəfə fevralın 18-də oyun zamanı rəqib futbolçunu bilərəkdən vuraraq, qırmızı vərəqə aldığı və komandasını çətin vəziyyətdə qoyduğu üçün əsas komandadan kənarlaşdırılıb. Lakin o, 5 gün sonra bağışlanılaraq, heyətə qaytarılıb. Yılmazın “Bursaspor”la hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatacaq. Hücumçu bu mövsüm 21 oyunun 11-də meydana əsas heyətdə çıxıb, Türkiyə Kuboku da daxil olmaqla, 5 qol vurub, 3 sarı, 1 qırmızı vərəqə alıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir