Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Milyarder 80 nəfərlik kəndinə 209 milyon dollar qoyub getdi

antonino-fernandes-300x206İspaniyalı milyarder Antonino Fernandes ölümündən sonra doğma kəndinə 209 milyon dollar qoyub gedib.

Fernandes məşhur “Soqona” pivəsinin banisidir.

99 yaşında vəfat edən biznesmen yazılı vəsiyyətnamədə qohumları və yaxınları ilə yanaşı doğulduğu Seresales del Kondado kəndini də yaddan çıxarmayıb.

Hazırda onun doğma kəndi Seresales del Kondadoda 80 adam yaşayır, buna görə də hər sakinə 2,6 milyon dollar düşüb.

Antonino Fernandes çoxuşaqlı kasıb ailədə dünyaya göz açıb.

O, 13 uşağı olan ailənin 11-ci övladı idi.

Həmin vaxt ailənin ona heç orta təhsil verməyə belə imkanı yox idi.

Amma Antonino 32 yaşında Meksikaya gedərək öz biznesini açır və sonradan “Grupo Modelo” pivə şirkətinin rəhbəri olur.

Milyarder bütün həyatı boyu xeyriyyəçiliklə məşğul olub.

azadliq.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir