Rusiya ABŞ ilə strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır.
Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Biz hazırıq. Lakin danışıqları strateji sabitliyə təsir edən bütün faktorları nəzərə alaraq aparmaq lazımdır”, – Baş Qərargah Akademiyasında çıxışı zamanı rusiyalı nazir deyib.
Eyni zamanda Lavrov prosesə digər dövlətləri də cəlb etməyin vacib olduğunu vurğulayıb.