İnsident Qahirənin 200 kilometrliyində baş verib
Oktyabrın 20-də terrorçularla atışma zamanı Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin ölən əməkdaşlarının sayı 16 nəfərə çatıb.
“Reuters” xəbər verir ki, insident Qahirənin 200 kilometrliyində baş verib.
Bundan əvvəl ölənlərin sayı 14 nəfər təşkil edirdi.
***20:08
Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub.
“Report”un məlumatına görə, bu barədə “Vətən” portalı xəbər yayıb.
Qarşıdurma nəticəsində Misir polisinin 3 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.
Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış.