Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb.
Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb.
Hazırda cinayətin motivləri araşdırılır.
Yenifakt.info
Müstəqil xəbərlər portalı