Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

SAAKAŞVİLİ SƏRBƏST BURAXILDI – “Ukrayna hakimiyyətinə qarşı mübarizəmi davam etdirəcəm”

Dünən Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin məhkəməsi olub. O, Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib.
“Ukrainskaya Pravda” məlumat yayıb ki, Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib:
“Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

Tərəfdarları qaz bombası partlatdı

Məhkəmənin gedişi zamanı Mixail Saakaşvilinin tərəfdarları ilə polis arasında növbəti qarşıdurma yaranıb.
Belə ki, şəhər polisi məhkəmənin giriş-çıxışını nəzarətə götürüb. İçəri yalnız mətbuat nümayəndələri və deputatlar buraxılıb. Bu səbədən də Saakaşvilinin tərəfdarları etiraz edərək qarşıdurma yaradıblar. Onlar keçmiş merin tərəfdarlarının da məhkəməyə buraxılmasını tələb ediblər. İnsident zamanı əraziyə qaz bombası atılıb.

Saakaşvili arvadı ilə birlikdə məhkəmədə himn oxudu

Saakaşvili məhkəmədə Ukraynanın himnini oxuyub.
UNİAN agentliyi xəbər verir ki, o, himni məhkəmə zalında olan həyat yoldaşı ilə birlikdə ifa edib.

“Ölənədək aclığı dayandırmayacam”

Odessanın keçmiş meri iclasdan qabaq çıxış edib. O bildirib ki, əgər onu həbsxanaya qaytarsalar, açlığa davam edəcək: “Onlar məni təcrid ediblər. Yanıma vəkillərimin belə girməsinə icazə vermirlər. Mətbuatım yoxdur. Əgər onlar məni həbsxanaya geri qaytarsalar, aclığı davam etdirəcəm. Hamı biləcək ki, bu qətli kim törədib. Onlar məni öldürə bilərlər, amma Ukrayna xalqını öldürə bilməzlər. Mən özümü həbs olunmuş yox, hərbi əsir alınmış hesab edirəm. Çünki onlar Ukrayna xalqına qarşı müharibə aparırlar”.
Bu sözlərdən sonra Saakaşvili öncə Ukraynanına, daha sonra Gürcüstanın himnini səsləndirib.

Məhkəmə Saakaşvilini həbs etmədi

Nəhayət, Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Hakim Larisa Çokol Saakaşvilini məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.
APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.
Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.

“Prezidentliklə bağlı ambisiyalarım…”

“Mənim prezidentlik postu ilə bağlı ambisiyalarım yoxdur”.
Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili məhkəmə qərarından sonra jurnalistlərə açıqlamasında deyib.
Saakaşvili əlavə edib ki, sistem dəyişikliyinə nail olmaq üçün Ukrayna hakimiyyətinə qarşı mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir