Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ATƏT jurnalistlərin təhlükəsizliyi mövzusunda konfrans keçirir

atet-konfrans-300x169Vyanada ATƏT-in dəstəyi ilə “Münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və plüralizm” mövzusunda ikigünlük konfrans keçirilir.

Konfransın adı məsələnin mürəkkəbliyindən irəli gəlir, belə ki, BMT-nin, ATƏT də daxil olmaqla, müxtəlif Avropa qurumlarının çoxsaylı qətnamələrinə baxmayaraq, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizlik problemi getdikcə pisləşir.

Avstriya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları Departamentinin rəhbəri Gerhard Doujakın sözlərinə görə, son vaxtlar həlak olan jurnalistlərin 81%-i öz fəaliyyətinə görə məqsədyönlü şəkildə öldürülıüb.

“Son 20 ildə hökumətin jurnalistlərə təzyiqlərinin artması müşahidə olunur ki, bu da özünü əsasən böhranlı vəziyyətlərdə göstərir. BMT-nin jurnalistlərin müdafiəsi üzrə 222 saylı qətnaməsi isə yerinə yetirilmir”, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.

O, jurnalistlərin təhlükəsizliyində əsas problem kimi dövlətin bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasını və ya imtina etməsini göstərib.

“Öhdəliklərin yerinə yetirilməsi vacibdir, çünki bu, KİV-də əminlik yaradır ki, o, dövlət və beynəlxalq birlik tərəfindən müdafiə olunur və dəstəklənir”, Miyatoviç vurğulayıb.

“KİV azadlığı təbliğatın təzyiqi altındadır”, – Almaniyanın ATƏT-dəki səfiri Eberhard Pol belə hesab edir. O qeyd edib ki, bəzi dövlətlərin KİV-i nəzarətə götürmək cəhdləri artır.

Avropa İttifaqı Fundamental Hüquqlar Agentliyinin direktoru Mixael О’Flaherti bildirib ki, jurnalistlər xüsusi xidmət tərəfindən, KİV isə maliyyə və iqtisadi təzyiqlərə məruz qalır.

Almaniyalı səfirin fikrincə, jurnalistlərin ən yaxşı müdafiəsi işi KİV-in siyasi və iqtisadi müstəqilliyidir ki, bu, söz azadlığı məsələsində beynəlxalq siyasətdə öndə olmalıdır.

Avropa Şurasının İnformasiya Departamentinin rəhbəri Patrik Penninks deyib ki, AŞ üzvü olan ölkələrin 50%-də jurnalistlərin təhlükəsizliyinə zəmanət yoxdur, vəziyyətin pis olduğu ölkələrdə isə durum daha da pisləşib.

“Bütün beynəlxalq təşkilatların birlikdə bu problemi həll etməsinin vaxtı çatıb”, o, zala müraciət edib. (amerikaninsesi.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir