Türkiyə ilə İraq arasında viza rejimi aradan qalxıb.
Artıq hər iki ölkənin diplomatik, həmçinin xüsusi pasportlu vətəndaşları vizasız gediş-gəliş imkanından yararlana biləcək.
Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı Türkiyə ilə İraqın qarşılıqlı şəkildə vizasız rejimə keçdiyini, qərarın oktyabrın 28-dən qüvvəyə minəjəyini bildirib. Səfirin sözlərinə görə, iki ölkə bu məsələni 2014-cü ildən müzakirə edirdi.