Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Roma Papası Tramp ilə görüşə hazır olduğunu bildirib

Roma Papası Fransisk ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.
“TASS” xəbər verir ki, bu barədə Papa özü Qahirədən Romaya qayıdanda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Dövlət katibliyi (Vatikan hökuməti) hələlik məni qarşı tərəfdən müvafiq sorğu barədə məlumatlandırmayıb. Amma mən bununla bağlı xahiş edən istənilən dövlət başçısını qəbul edirəm” – deyə Fransisk bildirib.
İtaliya mətbuatı çoxdandır Trampın G7 sammitində iştirak etmək üçün mayın 26-27-də Siciliyaya gəldikdə Roma Papasının ABŞ prezidenti ilə ilk görüşünün keçiriləcəyi barədə ehtimallar səsləndirir.
Xatırladaq ki, Tramp hələ prezidentliyə namizəd olanda Fransisk onun ünvanına xüsusən miqrasiya problemi ilə bağlı tənqidlər səsləndirmişdi. “Kim ki divarlar tikir, özünü xristian saya bilməz” – deyə Papa Trampın prezident olduqdan sonra Meksika ilə sərhəddə divar inşa etdirəcəyi barədə vədindən sonra demişdi. Sonralar Fransisk ABŞ-ın yeni administrasiyasının siyasətini şərh etmədi.
Report

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir