Almaniyada erməni soyqırımı qətnaməsi ilə əlaqəli təhqirlərə qarşı tədbirlərin görülməsi üçün məhkəmə qərarı çıxarılıb. Günahkarlar bir neçə yüz avro cərimə edilib.
Almaniya bundestaqı tərəfindən qəbul edilən erməni soyqırımı qətnaməsi ilə əlaqəli bəzi təhqirlər üzrə inzibati məhkəmə qərar verib. Sol partiyanın xarici siyasət üzrə eksperti Sevim Dağdələni “facebook” sosial şəbəkəsində “fahişə” adlandıran bir türk 600 avro cərimə edilib.
Yaşıllar partiyasının həmsədri Cem Özdemiri ağır şəkildə təhqir edən şəxs isə 700 avro cərimə edilib.